





The Residences at The St. Regis Baku müasir aristokratiyanın və zərif zövqün təcəssümüdür.
Bu, Bakının gələcək xəritəsində yeni bir cazibə nöqtəsidir - şəhərin maqnetizminin doğulduğu məkandır.Burada hər interyer ruhu olan şəxsi bir məkan kimi yaradılıb. Sakinlər residensiyaların dizaynını özləri formalaşdırır, hər detalı öz zövq və üslublarının əksinə çevirirlər - beləliklə, rezidensiya onların xarakteri kimi fərdi və bənzərsiz olur.
Bu, insanı geri qayıtmağa cəlb edən, şəhərin aurasını formalaşdıran enerjinin mənbəyidir.


Xəzər dənizinin sahilində, Bakının yeni biznes mərkəzinin qəlbində və Crescent Mall-dan cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən The Residences at The St. Regis, Baku - şəhərin enerjisinin dənizin sakitliyi ilə qovuşduğu məkandır.
Bu, sadəcə dənizkənarı ev deyil - bu, üfüqlə dalğaların qovuşduğu və baxışların irəli yönəldiyi cazibə mərkəzidir.
Burada həyat şəhərlə bir ahəngdə axır və bu məkanı yeni bir cazibə nöqtəsinə çevirir.
The Residences - sakitlik və hərəkətin, işıq və kölgənin, su və daşın qovuşduğu 135 rezidensiya və 20 villadır.
Burada harmoniya kontrastdan doğulur: Xəzərin yumşaq xətləri memarlıq dəqiqliyi ilə birləşir.
Panoramik pəncərələr üfüqün cazibəsini açır - şəhər isə sizi əks etdirir.
Hər plan fərdiliyin əksidir - şəhərin baxışlarını üzərinə çəkən bir ev.





The Residences və The St. Regis Hotel, Baku eyni memarlıq ansamblında yerləşir və sakinlərə beşulduzlu rahatlıq və zərif xidmət dünyasına çıxış imkanı yaradır.
Rezidentlər otelin bütün üstünlüklərindən yararlana bilərlər - 24 saatlıq konsyerj, rezidensiyada servis, restoranlar, spa və fitnes sahələri.
Özəl Residents’ Lounge sakit və zərif atmosferi ilə istirahət və ünsiyyət üçün mükəmməl bir məkandır.
Burada hər gün mükəmməlliklə doludur - sübhün ilk işığından Xəzər üzərindəki günbatımına qədər.



The St. Regis qonaqpərvərliyi şəxsi bağlılığa çevirir.
Hər rezidensiyaya ailənizin vərdişlərini, zövqünü və həyat tərzini tanıyan şəxsi batler təyin olunur.
St. Regis Butler Service sadəcə intuisiya deyil - hər detalı öncədən düşünən, qayğını və rahatlığı sizin gündəlik həyatınızın bir hissəsinə çevirən bir sənətdir.

DSA Architects International tərəfindən yaradılmış The Residences at The St. Regis, Baku-nun ikonik dairəvi silueti Xəzərin nəfəsini xatırladır - axıcılıq, güc və sakit harmoniya.Hər xətt məqsədlə çəkilib, hər bucaq zərifliyi daşıyır - memarlıq burada cazibəyə çevrilir.
Kristina Zanic Studio tərəfindən hazırlanmış interyerlər incə zövqün təcəssümüdür.Yumşaq fakturalar, isti tonlar və zərif işıq - burada zəriflik sadəliyin içində yaşayır
Açılışı 2028-ci ilin yanvarına planlaşdırılan layihə zərif memarlığı, qüsursuz keyfiyyəti və əfsanəvi St. Regis xidməti ilə mükəmməlliyin yeni ifadəsidir.
Rezidensiyaların sayı məhduddur — bu xüsusi məkanın bir hissəsi olmaq fürsəti yalnız ilk addımı atanlara məxsusdur.
Şəxsi görüş təyin edin və The Residences at The St. Regis, Baku dünyasını bu gündən kəşf edin.